Həbsxanada kütləvi qaçış : ölən və yaralananlar var
17 Aprel 2019 06:13 DünyaVenesuelanın Nueva-Esparta ştatında yerləşən həbsxanalardan birindən kütləvi qaçış baş verib.
Axar.az xəbər verir ki, bu barədə "Notosiaz Venesuela" portalı məlumat yayıb.
Belə ki, təxminən 60 məhbusun soyuq silahlarla 2 mühafizəçiyə hücum etdiyi deyilib.
Qarşıdurma zamanı məhbuslardan biri öldürülüb. Xəsarət alan mühafizəçilər isə xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, qaçan məhbuslar gözətçi otağına daxil olaraq oradakı silahları götürməyə müvəffəq olublar. Hazırda ərazidə axtarış tədbirləri həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31