Babadağda ölümə belə getdilər: SON ANLARI GÖRÜNTÜLƏNDİ – FOTO+VİDEO
17 Aprel 2019 05:52 DünyaTürkiyənin Muğla vilayətinin Fethiye mahalında paraşüt qəzasında ölən pilot və pakistanlı sərnişinin cəsədləri tapılıb.
Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, Babadağda 1200 metr yüksəklikdən uçuş həyata keçirən pilot Mustafa Kamal Öztürk və onun pakistanlı sərnişini, 27 yaşındakı Zarak Zaher qısa müddət sonra uçurumdan düşərək həyatlarını itiriblər.
Axtarış-xilasetmə əməliyyatı üçün helikopterlər cəlb edilib. 21 saatlıq axtarışdan sonra pilot və sərnişinin cəsədləri tapılıb. Ölən şəxslərin paraşütlə uçmadan əvvəl çəkilən son görüntüləri ortaya çıxıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31