Dünyanın aparıcı brendi Notr-Dama 200 milyon avro ayırdı

"Louis Vuitton" ötən gecə baş verən yanğında böyük zərər görən 856 illik Notr-Dam kilsənin yenidən inşası üçün 200 milyon avro ianə edəcək.

"Louis Vuitton" ötən gecə baş verən yanğında böyük zərər görən 856 illik Notr-Dam kilsənin yenidən inşası üçün 200 milyon avro ianə edəcək.

Olaylar.az bildirir ki, bu barədə şirkətin icraçı direktoru Bernard Arnault məlumat verib.

Şirkət, "Louis Vuitton" və Arno ailəsinin kilsənin bərpa olunmasına yardımçı olacağını bildirib.

Qeyd edək ki, ötən gün Fransanın paytaxtında yerləşən XII əsrə aid Paris Notr-Dam kilsəsində (Notr-Dam de Pari) güclü yanğın baş verib. Yanğın nəticəsində kilsənin üzərindəki uzun qüllənin bir hissəsi aşıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31