Sağlığında 170 dollar qazanmayan narkoman rəssamın əsərinin son qiyməti - 170 milyon dollar

rəssam Amadeo Modilyani

O da yaşamı boyunca adətən ac qalan, öldükdən sonra böyük bir sənətkar olduğu fərq edilən rəssamlardan olub.

Söhbət rəssam Amadeo Modilyanidən gedir.

Dəli ruhlu yaraşıqlı sənətçinin vecinə olmayan 35 illik həyatı 1884-cü ildə İtaliyada başlayıb. O, nə qədər bir italyan kimi görünsə də, əslində o yəhudi bir ailənin uşağı idi. Ailənin maddi durumu o qədər də yaxşı deyildi. Üstəlik, Modilyaninin uşaq vaxtı ard-arda bir neçə xəstəliyə yoluxması da ailəni çətin vəziyyətə salmışdı. Modilyani keçirdiyi bu xəstəliklərə görə orta təhsilini yarımçıq saxlamaq məcburiyyətində qalıb. Bu zaman ərəfəsində o rəsm çəkməyə başlayıb. Ailəsi kasıb olsa da olduqca savadlı bilikli insanlar idi. Modilyaninin anası da sənətkar o idi. O oğluna bu yolda böyük dəstək verib. 
Modilyani 1906-cı ildə Parisə gəlib. Onun sərt həyat tərzinə, əsərlərinə və dəliliyinə Paris belə hazır deyildi.

amedeo modigliani

Modilyani Parisə gəlməzdən öncə Venetsiya gənc yaşlarında artıq marixuana ilə tanış olmuşdu. Ağır xəstəliklər keçirmiş zəif bədəninə rəğmən o narkotik vasitələrdən istifadə edirdi. O Parisə gəldikdən sonra daha da coşdu. Gənc rəssam burada rəsmlərini satıb yaxşı pul qazanmaq yerinə alkoqol və narkotikin su kimi axdığı əyləncələrə qatılırdı.

Modilyani məşhur rəssam Pikasso ilə öncə yaxın dost, ardından da düşman olmuşdu. Lakin Pikasso Modilyani haqqında "O bir Tanrıdır" deyə bəhs edirdi. O, Parisdə Pikasso ilə eyni məhəllədə qalırdı. Məhəllənin dəlisi adını almış Modilyani oralarda artıq çox tanınırdı. Lakin çəkdiyi əsərlərlə deyil, sürdüyü həyat tərzi ilə hər kəsin diqqətini çəkmişdi. Özünü məhv etmə yoluna girən Modilyani getdikcə daha da çox narkotikə qurşanırdı.

Картинки по запросу пикассо модиÐ"ьяни

Pikasso satdığı bir tablo ilə ev ala bilərkən Modilyani isə onun yanında kölgədə qalırdı. Keçirdiyi səfil həyatını da rəsmlərdə təsvir edən Modilyaninin əsərlərinə baxan olmurdu. O daha çox çılpaq qadın rəsmləri çəkirdi. Lakin bu rəsmləri sərgilədiyi zaman polislə problemlər yaşayırdı. 

Modilyani həyatının bu dönəmində az da olsa onu özünə gətirəcək bir qadınla tanış oldu. Ukraynalı şair Anna Axmatova tanış olan Modilyanı ona vurlumuşdu. Lakin tez-tez Moskvya getmək məcburiyyətində qalan Anna ilə Modilyaninin eşq macərası o qədər də uzun çəkmədi.

Картинки по запросу anna akhmatova

Qadın şair Modilyani haqqında bunları demişdi: "Onu mənim üçün özəl edən şey insanların düşüncələrini oxuya bilməsidir. Sənətin qığılcımı bizi bir araya gətirmişdi, lakin gələcəyin qaranlıq kölgəsini daim üzərimizdə hiss edirdik. Modilyani o qaranlıqlarda çaxan bir şimşək idi. Tanıdığım heç kimsəyə bənzəmir. O bambaşqa idi".

Heykəllərə də marağı olan Modilyani daha çox pul qazanmaq üçün rəsm dərsləri verməyə başlamışdı. Onun həyatını dəyişdirəcək möcüzə də elə burada baş verdi.

Картинки по запросу amedeo modigliani

Dərs verdiyi tələbələrin arasında atasından icazəsiz gələn bir qadın var idi. 

Modilyani ilə ilk görüşdə bir-birinə aşiq olan bu ikili bərabər işləməyə və yaşamağa başladılar. Modilyaninin həyatına girən, onun səfil həyatını dəyişən bu qadının adı Janna Ebyotern idi. Bu qadın Modilyaninin ilham pərisi olmuşdu. Bu qadın onun işlərini də həyatını da artıqlaması ilə dəyişmişdi. Lakin Modilyani ilə tanış olan Jannanın da həyatı dəyişdi. Varlı bir katolik ailənin qızı olan Janna bir yəhudi ilə münasibətdə olduğu üçün atası tərəfindən evdən qovuldu. Jannanın Modilyanidən hamilə qalması işləri daha da gərginləşdirdi.

1918-ci ildə Modilyaninin övladı dünyaya gəldi. Lakin onlar bir uşağa baxacaq qədər pul qazana bilmirdilər. Belə halda Janna övladını anasının evinə apardı. Atası razı olmasa da, anası nəvəsini götürüb saxladı. Janna övladından vaz keçəcək qədər Modilyanini sevirdi. Modilyani isə Janna ilə birlikdə narkotiki də sevirdi. Modilyani son eşqi olan Janna üçün onun rəsmini çəkmişdi. Lakin rəsmdə qadının gözlərini çəkməmişdi. Modilyani bunu "Ruhunu görə biləndə gözlərini də çəkəcəyəm" deyə ifadə etmişdi.

Modilyani hər nə qədər işləri yoluna qoyub pul qazanmaq istəsə də, artıq çox gec idi. Hirsləndirdiyi insanlar, yandırdığı körpülər və baş düşmanı Pikasso var idi. Modilyani ilk sərgisini açdığı zaman polislər salona hücum edib bütün tabloları müsadirə etmişdi. Bu Modilyani üçün uzun zamandan sonra xeyli pul gətirəcək önəmli sərgi idi. Lakin onun bu dəfə də şansı gətirmədi.

Картинки по запросу жанна эбютерн

Bütün bu xəyal qırıqlıqlarının ardından həyat yoldaşı Janna Pikassodan onlara yardım etməsini istəmişdi. Lakin artıq hər şey üçün çox gec idi. Modilyani tuberkulyoz xəstəliyinə yoluxmuşdu. 1920-ci ildə Modilyani son nəfəsini verdi. Onun cənazəsinə düşman olduğu Pikasso da qatılmışdı. Modilyaninin ölümündən sonra ona hədsiz dərəcədə bağlı olan Jannan onun ölümü ilə barışa bilməyib intihar etdi. İki gün aralıqla ölən cütlüyün həyatdan tez köçməsi hər kəsi çox üzmüşdü. Onlar vəfat edəndə Modilyaninin 35, Jannanın isə 21 yaşı var idi.

Səfalət içində yaşayan Modilyaninin həyat yoldaşı üçün çəkdiyi bu rəsm (Portrait of Jeanne Hébuterne, 1919) ötən il 40 milyon dollara satılıb.

Картинки по запросу жанна эбютерн пикассо

Onun bir ayrı "Reclining nude" əsəri də 2015-ci ildə 170 milyon dollara satılmışdı.

Modilyani və Janna cütlüyünün qızı onlar öldükdən sonra bibisi tərəfindən himayə edilib böyüdülmüşdü. O da böyüdüyü zaman atası kimi rəssam olub.

Похожее изображение

Modilyaninin məzar daşında "Xoşbəxtlik və şöhrət anında ölüm tərəfindən yaxalandı" başlıqlı bir yazı da əks olunub.


Musavat.com

Картинки по запросу amedeo modigliani pere lachaise

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31