Salma Hayekin milyarder əri Notr-Damın bərpası üçün 117 milyon dollar təklif etdi
Salma Hayekin əri Notr-Dam kilsəsinin bərpası üçün külli miqdarda pul təklif edib
16 Aprel 2019 10:39 DünyaSalma Hayekin əri Notr-Dam kilsəsinin bərpası üçün külli miqdarda pul təklif edib.
Məşhur meksikalı aktrisa Salma Hayekin biznesmen əri Fransanın Site adasında yerləşən Notr-Dam kilsəsinin bərpası üçün 117 milyon dollar verə biləcəyini söyləyib.
Milyarder iş adamı Fransua-Henri Pinault kilsənin bərpası üçün maddi cəhətdən yardım edəcəyini bildirib.
Qeyd edək ki, 850 yaşı olan Notr-Dam kilsəsində hazırda yanğın söndürülüb.Fransa prezidenti Emmanuel Makron kilsənin bərpa ediləcəyinə dair vəd verib.
Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31