Putinin Gürcüstana hücum səbəbi- Şok etiraf

Putin Gürcüstana hücum etdi

Əgər 2008-ci ildə biz Gürcüstana üzvlüklə bağlı fəaliyyət planını versəydik, o zaman Rusiya bu ölkəyə hücum etməzdi.

Bunu Gürcüstanın "Birinci kanal"ına müsahibəsində NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib. Onun sözlərinə görə, NATO 2008-ci ildə keçirdiyi Buxarest sammitində səhvə yol verdi:

"Bu, səhv idi. Mən Gürcüstan və Ukraynaya alyansa üzvlüklə bağlı fəaliyyət planının təqdim edilməsini dəstəkləyirdim, amma təəssüf ki, NATO-nun səfirləri konsensusa nail olmadılar. Bununla biz təhlükəli mesaj göndərmiş olduq. Putin və Medvedyevə göstərdik ki, NATO çox zəifdir. Bunun nəticəsində 2008-ci ildə onlar Gürcüstana hücum etdilər və Abxaziya ilə Cənubi Osetiyanı işğal etdilər. Biz Moskvaya zamanında dəqiq siqnal göndərsəydik, bu, baş verməzdi".

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31