İsrail polisi Şərqi Qüds və Qərbi Şəriədə 18 nəfəri saxlayıb.
Onların arasında Fələstin rəhbərliyinə tabe olan Qüds valisi Adnan Qays də var.
O, gecə saatlarında evindən aparılıb. Saxlanılanların terror aktlarında əli olduğu iddia edilib.
Qeyd edək ki, hazırda İsrail həbsxanalarında 5700 fələstinli saxlanılır. Onlardan 230-u uşaqdır.
Milli.Az