ABŞ-ın kəşfiyyat təyyarəsi Rusiya sərhədlərində görünüb
ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus RQ-4B-40 Global Hawk pilotsuz strateji uçuş aparatı Rusiyanın qərb sərhədlərində kəşfiyyat işi aparıb.
14 Aprel 2019 15:42 DünyaABŞ Hərbi-Hava Qüvvələrinə məxsus RQ-4B-40 Global Hawk pilotsuz strateji uçuş aparatı Rusiyanın qərb sərhədlərində kəşfiyyat işi aparıb.
Bununla bağlı Plane Radar (təyyarə radarı) monitorinq resursunda qeydlər aparılıb.
Bort nömrəsi 112048 olan pilotsuz aparat Siciliyada yerləşən Siqonella dəniz aviabazasından havaya qalxıb. Uçuş aparatı əvvəlcə Bolqarıstan səmasında, sonra isə Kalininqradla sərhəddə yerləşən Litva səmasında görünüb.
Qeyd edək ki, Rusiya xəbər agentliklərinin verdiyi məlumatlara əsasən, son zamanlar xarici kəşfiyyat təyyarələri tez-tez bu ölkənin sərhədləri yaxınlığında peyda olurlar.
Rusiya Müdafiə Nazirliyi Vaşinqtonu müvafiq əməliyyatları dayandırmağa çağırıb.
sia