Zelenskidən şok açıqlama
14 Aprel 2019 14:48 DünyaMənə qarşı təxribat hazırlandığı üçün "Olimpiya" stadionuna hazırkı prezident Pyotr Poroşenko ilə birlikdə analiz verməyə gəlmədim.
Bu sözləri Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski yerli mətbuata müsahibəsi zamanı deyib.
Zelenski ona qarşı təxribat hazırlanması barədə gizli məlumata sahib olduqlarını qeyd edib.
"Bütün bu seçkilərdən sonra nə vaxtsa mənə qarşı "Olimpiya" stadionunda təxribat hazırlanmasına dair informasiya işıq üzünə çıxacaq", - Zelenski bildirib.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31