Britaniyada hərbçilər narkoman çıxdı
Britaniyanın “HMS Talent” sualtı qayığı heyətə daxil olan dənizçilərin narkotik aludəçisi olmasına görə vaxtında tapşırığa yollana bilməyib.
14 Aprel 2019 14:27 DünyaBritaniyanın "HMS Talent" sualtı qayığı heyətə daxil olan dənizçilərin narkotik aludəçisi olmasına görə vaxtında tapşırığa yollana bilməyib.
Bu barədə "Daily Mail" nəşri yazıb.
Məlumata görə, heyət üzvlərinin birdən-birə 7-sinin analizlərində narkotik maddə tapılıb. Belə ki, dənizçilərin analizlərdən qısa zaman əvvəl keçirilən şənlikdə narkotik vasitə qəbul etdikləri üzə çıxıb. Faktla bağlı araşdırma başladılıb. Dənizçilər hərbi polisə təhvil verilib.
Donanma rəhbərliyi dənizçilərin dərhal qovulmasına qərar verib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31