İran Londona kiber hücumda ittiham olunur

bəzi yerli şəbəkələrə edilən kiber hücumun arxasında İran İnqilab Keşikçiləri Korpusunun hakerləri durur

Ötən il dekabrın 23-də İngiltərənin poçt qurumuna və bəzi yerli şəbəkələrə edilən kiber hücumun arxasında İran İnqilab Keşikçiləri Korpusunun hakerləri durur.

Bu nəticəyə ABŞ-ın mütəxəssisləri gəlib.

Sky Nevs xəbər verir ki, ABŞ-ın təhlükəsizlik mütəxəssisləri dekabrda İngiltərə poçt sistemi və yerli şəbəkələrə eyni zamanda edilən hücumun izinə düşüb.

Mütəxəssislər İran İnqilab Keşikçiləri Korpusuna bağlı hakerlərin İngiltərə poçt şöbəsinin müdiri Paula Vennellsin də daxil olduğu minlərlə əməkdaşın informasiyalarının oğurlandığını ifadə ediblər.

Qeyd edək ki, İngiltərənin təhlükəsizlik şirkəti Glassvallun rəhbər müavini Levis Henderson oğurlanan informasiyaların gələcəkdə daha ciddi kiber hücumlarda istifadə edilə biləcəyini söyləyib.

"Times" qəzeti kəşfiyyat hesabatlarına dayanaraq iddia edir ki, 2017-ci ilin 3 iyununda İngiltərə parlamentinə edilən kiber hücum da iranlı hakerlər tərəfindən olunub.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31