İranın “Tramp Marşrutu” layihəsi ilə bağlı narahatlığı aradan qaldırılıb – ÖZƏL
10:44 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İran tərəfi "Tramp Marşrutu" (TRIPP) layihəsində ABŞ-nin hərbi iştirakının olub-olmayacağı ilə maraqlanıb və İrəvandan inkar cavabı alıb. Nazir qeyd edib ki, Tehran bu cavabdan məmnun qalıb, çünki hərbi iştirak olmadığı təqdirdə özü də bu dəmir yolundan istifadə edə biləcək. Mirzoyan üçüncü tərəflərin hərbi varlığının regionda sabitliyi pozması ilə bağlı İran rəsmilərinin fikirləri ilə razılaşaraq, bunun digər tərəflər üçün vəziyyəti mürəkkəbləşdirdiyini vurğulayıb.
Qeyd edək ki, sentyabr ayında İranın Ermənistandakı səfiri Xəlil Şirqolami də Donald Tramp administrasiyasının İrana qarşı düşmənçilik siyasətini xatırladaraq, narahatlıqları aradan qaldırmaq üçün İrəvana fikir mübadiləsi mexanizmi yaratmağı təklif etmişdi.