ABŞ administrasiyası “kölgə donanması” tankerlərinə qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası noyabrda keçiriləcək Konqresə aralıq seçkiləri öncəsi dizel yanacağının kəskin artan qiymətlərini aşağı salmaq məqsədilə Rusiya və İranla bağlı "kölgə donanması" tankerlərinə tətbiq edilən məhdudiyyətləri yumşaltmaq imkanlarını araşdırır. "Financial Times" qəzetinin mənbələrinə görə, müzakirə olunan tədbirlər sırasına sanksiya siyahısındakı gəmilərin vicdanlı operatorlara satılmasına icazə verilməsi və bu tankerlərin əvvəlki qadağalar olmadan fəaliyyət göstərməsi daxildir.

Təşəbbüs geniş mübahisələrə səbəb olub: əlavə gəmilərin bazara qaytarılmasının neft və neft məhsullarının daşınma imkanlarını artıracağı, həmçinin yanacağın bahalaşmasına təsir edən rekord dərəcədə yüksək fraxt dərəcələrini endirəcəyi gözlənilir. Sanksiyaların yumşaldılması məsələsini ilk olaraq ABŞ-nin energetika naziri Kris Rayt Ər-Riyadda keçirilən Ümumdünya Neft Konfransında qaldıraraq tanker çatışmazlığını daşınma xərclərini artıran əsas amil kimi qiymətləndirib. ABŞ Maliyyə Nazirliyinin (OFAC) nümayəndəsi isə bildirib ki, "kölgə donanması" gəmilərinin vicdanlı alıcılara satılması və onların qanuni beynəlxalq daşımalara qaytarılması müraciətlərinə fərdi qaydada baxıla bilər. Digər tərəfdən, bu plan ABŞ və Avropa siyasətçiləri arasında narahatlıq doğurub; məsələn, İtaliyanın Baş naziri Corca Meloni Rusiya yanacağının alınması ilə bağlı bu addımı riskli adlandıraraq beynəlxalq təzyiqləri zəiflətdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31