Paşinyan məhkəmədə ifadə verdi

Ermənistanın baş naziri Nikol Paşinyan ifadə vermək üçün Yerevanın ümumi məhkəməsinə gedib.

Ermənistanın baş naziri Nikol Paşinyan ifadə vermək üçün Yerevanın ümumi məhkəməsinə gedib.

Onun adı oktyabrın 27-si hadisləri ilə bağlı cinayət işində şahid qismində hallanır.

Bildirilib ki, aprelin 3-də Nikol Paşinyan lideri olduğu "Çıxış" parlament fraksiyasının üzvləri ilə "oktyabrın 27"si hadisələrinə görə ömürlük azadlıqdan məhrum edilmiş "Monax" ləqəbli Artur Ayvazyan arasında baş vermiş dava-dalaşla bağlı ifadə verib.

Məlumata görə, Artur Ayvazyan 2017-ci il martın 31-də "Çıxış" blokunun tərəfdarı Ayk Sarkisyana güc tətbiq etməklə ictimai asayişi pozub.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31