Sonuncu su samurları xəz-dəri olmaqdan xilas olub
2 Aprel 2019 11:46 DünyaAlmaniyanın Raden şəhərində yerləşən su samuru ferması bağlanıb.
Olaylar.az bildirir ki, bu haqda Almaniyanın "Deutsche Welle" xəbər agentliyində məlumat yayılıb.
Məlumata görə, fermanın bağlanmasının səbəbi zologiya-mühafizəçilərin təzyiqi olub. Mart ayında heyvanların mühafizəsi bürosu, təşkilatın veb saytında dronlar vasitəsilə çəkilmiş video yerləşdirib. Məlum olub ki, heyvanlar qəbuledilməz bir şəraitdə yetişdirilir - su samurları dar qəfəslərdə, yeməksiz və susuz bir şəraitdə saxlanılıb.
Ferma sahibkarı, "baytarlıq yoxlamaları və ictimaiyyətin təzyiqi" səbəbiylə biznesinin bağlanmasını təsdiq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31