Səudiyyə Ərəbistanı Qaşıqçının uşaqlarına milyon dollarlıq sərvət bağışladı

Səudiyyə Ərəbistanı rəhbərliyinin qətlə yetirilən jurnalist Camal Qaşıqçının övladlarına sərvət bağışladığı iddia edilib.

Olalar.az bildirir ki, bu barədə "Washington Post" qəzetində məlumat yayılıb.

Məlumatda, Ər-riyad rəhbərliyinin Qaşıqçının uşaqlarına milyon dollarlıq evlər verdiyi, aylıq yüksək məbləğli maaş bağışladığı və hər birinə on milyonlarla dollarlıq təzminat verəcəyini irəli sürüb. 

Beəki, adını açıqlamayan səlahiyyətli gələcək aylarda tamamlanması gözlənilən məhkəmə prosesinin sonunda hər bir uşağa ayrıca onlarla milyon dollarlıq təzminat verilməsinin də gündəmdə olduğunu söyləyib.

Lakin, rəsmi şəxslər bu pullar və daşınmaz əmlaklar qarşılığında Qaşıqçının uşaqlarının Ər-riyad rəhbərliyi əleyhinə açıqlama verməməsini istədiyini də vurğulayıb.

Qeyd edək ki, qəzetdə, Qaşıqçının uşaqlarına verilən evlərin Ciddədə yerləşdiyi və təxminən 4 milyon dollar dəyərində olduğu bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31