Çexiyada tramvayla trolleybus toqquşdu - 40 nəfər yaralandı

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırmalar aparılır.

Çexiyanın cənub-şərqindəki Brno şəhərində tramvayla trolleybusun toqquşması nəticəsində 40 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 5-nin vəziyyəti ağır dəyərləndirilir.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırmalar aparılır.

İlkin ehtimallara əsasən, trolleybus sürücüsü yolayrıcında tramvay gələrkən vaxtında əyləcə basa bilməyib.(trend.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31