Tramp yenə Klintonu ittiham etdi
25 Fevral 2019 15:28 DünyaBu barədə Tramp öz "Twitter" səhifəsində yazıb.
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp keçmiş prezidentliyə namizəd Hillari Klintonun Rusiya ilə əlaqələrinin olduğunu bildirib.
Bu barədə Tramp öz "Twitter" səhifəsində yazıb.
Tramp ABŞ Demokratlar Partiyası, o cümlədən, keçmiş dövlət katibi Hillari Klintonun prezident seçkiləri zamanı Rusiya ilə əlbir olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu səbəbdən demokratlar Klintonun yazışmalarını Federal Təhqiqatlar Bürosuna təqdim etməkdən imtina edir.
Qeyd edək ki, ABŞ Federal Təhqiqatlar Bürosu Rusiyanı 2016-cı il prezident seçkiləri prosesinə müdaxilə etməkdə təqsirləndirir. Moskva bu ittihamları qəti şəkildə rədd edir.(oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31