Rusiyada qəza törədən azərbaycanlı tutuldu

Rusiyada qəza törədən azərbaycanlı həbs edilib

Rusiya Federasiyası Sankt Peterburq şəhərində ölənlərin və yaralananların olduğu bir avtomobil qəzası ilə əlaqədar azərbaycanlı Murad Qasımov barəsində məhkəmə tərəfindən 2 ay müddətində həbs qətimkan tədbiri seçilib.

"İnterfax" xəbər verir ki, onun vəkili məhkəmə iclasında M.Qasımovun baş verənlərdən peşman olduğunu bildirib.

Vəkil zərərçəkənlərə təzminat ödəmək üçün yaxın zamanlarda əllərindən gələni edəcəklərini bildirib.

Məhkəmədə tərcüməçi ilə təmin edilən M.Qasımov yalnız Rusiya vətəndaşlığı olduğunu qeyd etsə də, iş sənədləri arasında Azərbaycan pasportunun surəti də var.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31