Türk-rus münasibətləri zirvəyə çatır VİDEO
25 Fevral 2019 14:22 DünyaBu iş birliyi bölgələri daha da yaxınlaşdıracaq.
Rusiyanın Ankaradakı səfiri Aleksey Yexov Türkiyə ilə Rusiya arasındakı münasibətlərin zirvəyə qalxdığını deyib.
Eskişehir valisi Özdəmir Çakacakı ziyarət edən Yexov verdiyi açıqlamada burda olmaqdan məmnun olduğunu bildirib.
"Türkiyə ilə Rusiya arasındakı münasibətlər zirvəyə çatmaqdadır. Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə tez-tez görüşüb məhsuldar iclaslar keçiririk. Rus-Türk münasibətlərini və ortaqlığımızı gücləndirmək üçün iki dövlətin prezidenti də bizə çox gözəl nümunə təşkil edir. Bu iş birliyi bölgələri daha da yaxınlaşdıracaq. Çünki bölgələrarası münasibətlər son dərəcə vacibdir". Yexov belə deyib.
Vali Çakacak da Türkiyə-Rusiya münasibətlərinin yüz illər əvvəldən gəldiyini xatırladıb. Bu iki ölkənin hazırda bir çox regional və beynəlxalq mövzularda ortaq işlədiyini vurğulayıb.
aznews