5 yaşlı qızı zorlayıb öldürən edam edildi

O, kənddə ictimaiyyət qarşısında dara çəkilib.

İranın Gülüstan əyalətində 5 yaşlı türkmən qızı Səlaləni oğurlayıb, zorladıqdan sonra qətlə yetirən manyak edam edilib.

Qatil keçən ilin may ayında Ağ Qola şəhərinin Gəri Duci kəndində 5 yaşlı Səlaləni oğurlamaqda, onu zorlayaraq qətlə yetirməkdə ittiham edilib.

Törətdiyi cinayətə görə edama məhkum edilən və adı mediaya açıqlanmayan şəxs sözügedən kənddə ictimaiyyət qarşısında dara çəkilib.(teleqraf.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31