Ermənistanda növbəti etiraz aksiyası

Ermənistan Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirilib.

"Novosti Armeniya" xəbər verir ki, hökumət binasının qarşısına toplanan şəxslər ötən ilin sonunda məmurlarına verilən pul mükafatlarının dövlət büdcəsinə qaytarılmasını tələb ediblər.

Təşkilatçılar bu məqsədlə imza toplama kampaniyasına başlayıblar. Aksiya iştirtakçıları bildirib ki, həmin məmurların hər birinə 2018-ci il dekabrın sonunda 8-9 milyon dram ( 16 min 400 dollar - 18 min 450 min) məbləğində pul mükafatı verilib və həmin pullar dövlət büdcəsinə qaytarılmalıdır.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31