Nazarbayev fərman imzaladı - Qazaxıstanın yeni baş naziri
25 Fevral 2019 14:10 DünyaQazaxıstanın yeni baş naziri təyin edilib.
Olaylar.az bildirir ki, Əsgər Mami ölkənin baş naziri vəzifəsinə gətirilib. Bu barədə prezident Nursultan Nazarbayev fərman imzalayıb.
Parlamentin deputatları prezidentin hökumət başçısı vəzifəsinə irəli sürdüyü namizədi təsdiqləyib.
Qeyd edək ki, ötən həftə N.Nazarbayev hökumətin istefaya göndərilməsi ilə bağlı müvafiq fərman imzalamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31