Ermənistanda gələn il növbədənkənar seçkilər keçiriləcək

"Siyasi rəqiblərimizə seçkilərə hazırlaşmaq üçün vaxt vermək istəyirik".

"Əgər Ermənistanda siyasi vəziyyət indiki kimi qalacaqsa, o zaman gələn il ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək".

Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan "Əl-Cəzirə" telekanalına açıqlamasında bildirib.

"Ən vacib hədəfimiz demokratik, şəffaf və azad seçkilər keçirməkdir. Bizim problemimiz siyasi dəyişikliklərin digər siyasətçilər üçün gözlənilməz olmasıdır. İndi biz növbədənkənar seçkilər keçirsək, bu, digər siyasi xadimlər üçün bərabər vəziyyət yaratmayacaq. Biz qeyri-bərabər siyasi sahəyə malik olmaq istəmirik. Siyasi rəqiblərimizə seçkilərə hazırlaşmaq üçün vaxt vermək istəyirik", - deyə Paşinyan söyləyib.(qafqazinfo.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31