Rusiyanın yeni sistemi: İstənilən hədəfi məhv edir
25 Fevral 2019 11:44 DünyaYaxın Şərq ölkələri Rusiyanın Pantsir-ME zenit raket kompleksinin dəniz versiyasına maraq göstərirlər.
Bunu "Rostex"in beynəlxalq əməkdaşlıq və regional siyasət üzrə direktoru Viktor Kladov deyib. O, hələlik bu komplekslə bağlı heç bir müqavilənin imzalanmadığını, Pantsir-ME-nin Pantsir-S1 kimi perspektivi olduğunu bildirib.
Qeyd edək ki, Pantsir-ME ilk dəfə bir neçə gün öncə Əbu-Dabidəki İDEX-2019 hərbi-texniki sərgisində nümayiş etdirilib. Belə ki, 20 kilometr məsafədə hədəfi məhvetmə qabiliyyətinə malik komplekslərin bütün növ gəmilərə quraşdırılması imkanlarının olduğu vurğulanıb.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31