Süleymani hədələdi: Dostumuzsan, ancaq cəhd etmə!

Pakistan torpaqlarında Səudiyyənin dəstəyini alan terror qrupları İran, Əfqanıstan və Hindistana zərər verir.

Bu sözləri SEPAH-ın Qüds briqadasının komandiri Qasım Süleymani Mazandaranda çıxışı zamanı deyib.

"Pakistanı bu oyuna salanlar ölkəni parçalamaq istəyir. Pakistan bunun fərqinə varmalıdır. Səudiyyə Ərəbistanı maliyyə gücü ilə regional nüfuz əldə etməyə çalışır. Səudlərin bir neçə milyard dollarla Pakistanı qonşularla müharibə vəziyyətinə salmasına rəsmi İslamabad və ölkənin ordusu icazə verməməlidir. Pakistan bizim dostumuzdur, lakin heç kim İranın gücünü sınamağa cəhd etməsin", - deyə Süleymani bildirib.

Xatırladaq ki, 13 fevral tarixində İranın Pakistanla sərhədində yerləşən Zahidan şəhərində SEPAH əsgərlərinə təşkil edilən kamikadze hücumunda 27 nəfər ölmüşdü.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31