KTMT ən azı bir il başsız qalacaq
22 Fevral 2019 15:35 DünyaKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaxın bir ildə baş katibsiz qala bilər.
Bu haqda "Kommersant" nəşrinə Rusiyanın Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə danışıb.
KTMT-yə yaxın həmsöhbət qeyd edib ki, Belarus Təhlükəsizlik Şurasının başçısı Stanislav Zasın bu vəzifəyə təyinatı bu posta öz namizədini gətirmək istəyən Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinə görə baş tutmur.
"KTMT-də onunla barışıblar ki, təşkilatda daha bir il birinci katib olmayacaq, onun vəzifələrini 2020-ci ilin əvvəlinə kimi Rusiya nümayəndəsi Valeriy Semerikov icra etməyə davam edəcək", - mənbə deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31