Almaniyada “rus camaşırxanası” işi üzrə 50 milyon avro müsadirə olunub

Almaniya hüquq-mühafizə orqanları Avropada kriminal pulların yuyulması çərçivəsində yürüdülən "rus camaşırxanası" prosesi ilə bağlı 50 milyon avro pulu müsadirə etməyi bacarıb.

Bu barədə Almaniyanın Federal Cinayət Polisinin (BKA) saytında məlumat bildirilib.

Xəbərdə Almaniyanın Şvalbax, Nürnberq, Regensburq və Müldorf-am-İnn şəhərlərində ümumi dəyəri 40 milyon avro olan daşınmaz obeyktlərə həbs qoyulduğu göstərilib.

Bundan başqa, BKA əməkdaşları iki daşınmaz əmlak agentliyinin hesabından 6,7 milyon avro, habelə Latviya bankındakı (Trasta Komersbanka) 1,2 milyon avronu, o cümlədən aıd dəqiqləşdirilməyən digər bankdan 2,1 milyon avronu mənimsəməyə müvəffəq olublar.

Münhen prokurorluğu bahalı obeyktlərə yatırılan pulların "rus camaşırxanası" kimi bilinən kriminal mənbələrdən gəldiyini düşünür", -deyə məlumatda deyilir.

Rusiyadan çıxaırlan milyardlarla dollarlıq (Avropada bu rəqəqmin 22 milyard cuvarında olduğu deyilir) kriminal sxemin 2010-2013-cü illərdə fəaliyyət göstərdiyi bilinir. Buraya Rusiya, Moldova, Böyük Britaniya, Almaniya, Avstriya, İsveç, Finlandiya, Danimarka kimi ğlkələrin bankları, həmçinin Moldovanın bir sıra məhkəmələri və fiziki şəxsləri də daxildir.
Moldova prokurorluğunun məlumatına görə, bu cinayət şəbəkəsinə Rusiyanın Federal Təhülkəszilik Xidməti, həmçinin moldovan biznesmen Vyaçeslav Platon da daxildir. Rəsmi xəbərdə FTX-nin həmin vəsaitlərdən Rusiyanın Moldovadakı dövlət maraqları üçün də istifadə etdiyi göstərilib.

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31