Seneqalda tısbağalara məxsus kənd: "Keur Mbonatt Yi"

Tərcüməsi tısbağa kəndi olan "Keur Mbonatt Yi"də, təxminən 250-dən çox tısbağa yaşayır. 

Olaylar.az bildirir ki, paytaxt Dakarın 45 kilometr şimal-qərbində yerləşən və ölkənin əhəmiyyətli turistik yerlərindən sayılan Çəhrayı Göl salınan və təxminən 15 hektarlıq qoruma sahəsinə sahib olan "Keur Mbonatt Yi"ni ildə 10 mindən çox insan ziyarət edir. 

Avropa Birliyinin maliyyələşdirilməsi ilə 1993-cü ildə qurulan kəndə, 1996-cı ilə qədər tısbağaların mühafizəsi üçün ziyarətçilərin gəlişi qadağan olunub. 

Nəsli tükənməkdə olan 70-i dişi olmaqla, 250-dən çox tısbağa, burada 5 köməkçi və bir bioloq tərəfindən nəzarətdə saxlanılır. 

Tısbağaların çoxalmaları və qidalanmalarına nəzarət edən köməkçilər, müəyyən məbləğ qarşılığında ziyarətçilərə rəhbərlik xidməti də göstərir.

Kəndin ən çox diqqət çəkən yerlərindən biri tısbağaların 8 yaşına qədər tutulduqları baxım sahəsidir. Burada gənc tısbağalar üçün 9, yetkinlər üçün isə 6 bölmə mövcuddur.

Burada doğulan tısbağaların bəziləri 13 yaşına, ya da yetkinliyə  çatdıqda təbiətə buraxılır.

Kənddən 2006-cı ildən 2011-ci ilə qədər təxminən 50 tısbağa təbiətə buraxılıb.

"Tısbağalar kəndi"ndə, aralarında quru və şirin su tısbağalarının da olduğu 11-dən çox növ var.

Seneqal qanunlarıyla qorunan tısbağaların satışı qadağandır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31