“ABŞ addımlar atacağı təqdirdə...” – Putin sərt danışdı

ABŞ-ın orta mənzilli nüvə anlaşmasından çıxması qərarı Rusiyaya qarşı irəli sürülən əsassız ittihamlara söykənir.

Bu bəyanatla Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

Raket yerləşdirilməsi mövzusunda ilk addımın Rusiya tərəfindən atılmayacağını bildirən Putin əlavə edib ki, bu razılaşmanı ABŞ pozub.

Putin ABŞ-ın raket yerləşdirilməsi məsələsində addımlar atacağı təqdirdə Rusiyanın da oxşar addım atacağını bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin hazırda Federal Məclisdə çıxış edir.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31