Yaponiya Pakistana 10 milyon dollarlıq kömək ayırdı

Yaponiya, Pakistanda qeyri-kafi qidalanma ilə  mübarizə, həyat şəraitinin yaxşılaşdırılması və təbii fəlakətlərə qarşı hazırlıq məsələləri daxilində BMT ilə 10,6 milyon dollarlıq yardım müqaviləsi imzalayıb.

Olaylar.az bildirir ki, müqavilə, BMT-nin İnkişaf Proqramı (UNDP) və Dünya Qida Proqramı (WFP) ilə Yapon hökuməti arasında İslamabadda imzalanıb. 

Razılaşmaya görə 10,6 milyon dollar yardımın 3,5 milyonu Hayber Pahtunhva əyalətindəki 155 min ana ilə uşağın qeyri-kafi qidalanması ilə mübarizə üçün istifadə ediləcək. Bu əyalətdə yaşayan əfqan qaçqın ana və uşaqlar da yardımdan faydalana biləcək.

Yardımın 3,5 milyon dollarlıq miqdarı tayfa bölgəsi olaraq bilinən Pakistanın ən ucqar nöqtəsində həyat şəraitinin yaxşılaşdırılması istiqamətli layihələrdə xərclənəcək. 

Bu köməklə xüsusilə təxminən 21 min adamın yaşadığı Kurram və Orakzay bölgələrində nəqliyyat imkanlarının inkişaf etdirilməsiylə iş imkanlarının çoxaldılması planlaşdırılır.

Yardımın qalan qismi ölkənin Hayber Pahtunhva, Sindh və Bəlucistan əyalətlərində təbii fəlakətlərə qarşı hazırlıq məsələləri ilə bağlı layihələrdə istifadə ediləcək. 

Kömək daxilində sunami erkən xəbərdarlıq sistemi qurulacaq. Yardımda qadın və uşaqlara təhsil verilməsi məqsədi xüsusi yer tutacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31