TÜKÜRPƏDƏN HADİSƏ: ev yandı, bir ailənin 7 uşağı həlak oldu
19 Fevral 2019 23:33 DünyaKanadanın Halifaks şəhərində dəhşətli faciə baş verib.
"RİA Novosti" xəbər verir ki, yanğın nəticəsində 7 uşaq həlak olub. Faktı şəhər polisi təsdiqləyib. Yanğın şəhərin cənubunda yerləşən ikimərtəbəli evdə baş verib.
Polisin verdiyi məlumata əsasən, ölənlər bir ailənin uşaqlarıdır. Qeyd olunur ki, hadisə nəticəsində bir qadın və kişi yaralanıb, onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
CTV telekanalın məlumatına görə, söhbət suriyalı ailədən gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31