İş adamının xanımının başını kəsib küçəyə atdılar - Meksikada
19 Fevral 2019 16:08 DünyaBaşıma gələnlərin günahkarı əclaf ərimdir. O, mənə görə 200 min dollar ödəmək istəmədi.
Susana Karreranın kəsilmiş başı bədənindən ayrılmış cəsədinin yanına atılmış kağız parçasında belə yazılmışdı.
Olay Meksikanın Verakrus ştatındakı Koasakoalkos şəhərində yaşanıb. S.Kareranın cəsədi qara polietilenə bükülüb yol kənarına atılmışdı.
Cinayətkarlar qaçırdıqları və girov saxladıqları S.Karreranın azad edilməsi üçün ərindən 4 milyon peso, yəni 200 min dollar tələb etmişdilər.
İki övlad anası S.Karreranın əri "Pexaluminio" metallurgiya şirkətinin sahibidir.
Ötən həftə rəfiqəsinin evinə yollanan Susanna Karrera kiçik oğlunu götürmək üçün maşından düşəndə oğurlanmışdı.
Ötən il Koasakoalkos-da adam oğurluğu ilə bağlı 49 cinayət qeydə alınıb.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31