Sabiq baş nazir Paşinyana qarşı koalisiya yaradır

Ermənistanın sabiq baş naziri, Moskvanın təlimatı ilə Yerevana qayıdan Karen Karapetyan ötən şənbə günü ölkənin keçmiş hakimiyyətinin elit nümayəndələrinin yığıncağını təşkil edib.

Bu barədə Ermənistanın "Jamanak" qəzeti məlumat yayıb.

Bildirilir ki, keçmiş iqtidar komandasının yüksək vəzifəli siyasilərinin görüşündə sabiq nazirlər və qubernatorlar da iştirak ediblər. Karapetyanın bu cür yığıncaq keçirməsinin məqsədi hazırkı baş nazir Nikol Paşinyana qarşı vahid koalisiya yaratmaq olub.

"Görüş zamanı iştirakçılar Ermənistanda yaranmış mövcud daxili siyasi vəziyyətdə mümkün fəaliyyətlərini, eləcə də, vahid komanda formasında çıxış etməyi müzakirə ediblər" - qəzet yazıb.

virtualaz.lorg

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31