İsrail ordusu daha 22 fələstinlini saxlayıb
19 Fevral 2019 13:34 Dünyaİsrail qüvvələri işğal altındakı Qərbi Şəriyədə 22 fələstinlini saxlayıb.
Olaylar.az bildirir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, fələstinlilərin saxlanmasına səbəb olaraq Qərbi Şəriyənin müxtəlif bölgələrinə gecə basqınlarında "terror hərəkətlərinə qarışdıqları" iddiası göstərilir.
Fələstinlilərin sorğulanmaq üzrə bölgədəki nəzarət mərkəzinə sövq edildiyi ifadə edilib.
Qeyd edək ki, Fələstin rəsmi qaynaqlarında yer alan məlumata görə İsrail həbsxanalarında təxminən 6 min fələstinli saxlanılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31