30 ildir ki, vəsiqəsiz maşın sürürmüş - Qəza zamanı üzə çıxdı
19 Fevral 2019 13:26 DünyaYaponiyada velosiped sürən 85 yaşındakı bir qadını vurub qaçan sürücünün 30 ildir ki, avtomobili vəsiqəsiz idarə etdiyi məlum olub.
Olaylar.az bildirir ki, Yaponiyanın Saitama əyalətindəki Kumagaya şəhərində baş verən qəzaya səbəb 70 yaşlı qadın sürücü Sadao Nanoko olub.
Polis, Nonaka-nın qadını vurduğunu etiraf etdiyini və 30 ildir vəsiqəsiz avtomobil idarə etdiyinin üzə çıxmasından qorxduğu üçün hadisə yerindən qaçdığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31