Avtobus yük maşını ilə TOQQUŞDU - Dəhşətli qəzada 24 nəfər öldü

Boliviyada avtobusla yük maşınının toqquşması nəticəsində azı 24 nəfər ölüb, daha 16 nəfər yaralanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yaralılar Oruro şəhər xəstəxanalarına çatdırılıb. Onlardan bəziləri ağır vəziyyətdədir.

İlkin məlumatlara görə, avtoqəza hava şəraitinin pis olması səbəbindən baş verib. Qəzanın olduğu ərazidə güclü yağış yağıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31