Ermənistan yeni qırıcılar alır - DANIŞIQLAR BAŞLADI
18 Fevral 2019 20:16 DünyaErmənistan 2019-cu ilin sonu, 2020-ci ilin başlanğıcında 4 ədəd "Su-30SM" Rusiya qırıcısı almağı planlaşdırır.
Bu haqda "IDEX-2019" müdafiə sərgisinin gedişatında Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.
"Biz "Su-30SM"-lərin növbəti partiyasının çatdırılmaları haqqında danışıqları davam etdiririk. Hər şey bu məhsulun nə zaman hazır olacağından asılı olacaq. Birinci partiyanı bu il, son halda növbəti ilin əvvəlində almağı planlaşdırırıq", - o deyib.
Erməni nazirin sözlərinə görə, İrəvan bu təyyarələrdən 12 ədəd almaq istəyir.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31