Ukrayna təyyarələri Donetskə hücum etdi

Ukraynanın Donetsk şəhərinin mərkəzində üç partlayış baş verib.

Bu haqda Donetsk separatçılarının "Daxili İşlər Nazirliyi"ndən bildiriblər.

Qeyd edilir ki, şəhərin bu hissəsində "Donetsk Xalq Respublikası"nın başçısının iqamətgahı yerləşir.

Məlumata görə, iki partlayış mehmanxanadan bir neçə yüz metrlikdə olub. Burada ATƏT-in xüsusi monitorinq missiyasının nümayəndələri yaşayırlar. Üçüncü partlayış isə boş ərazidə baş verib. Heç kim zərər çəkməyib.

Separatçı qurumun nümayənsədi bildirib ki, Ukrayna pilotsuz təyyarələrinin hücumu partlayışların səbəbi olub.

Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31