Şahzadə “Mançester Yunayted”i almaq istəyir - 4,8 milyard dollara
17 Fevral 2019 15:45 DünyaSəudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman "Mançester Yunayted" klubunu almaq istəyir.
Şahzadə bunun üçün kluba 4,8 milyard dollar təklif etməyə hazırdır.
"Mançester Yunayted"in indiki sahibləri olan Qleyzerlər ailəsinin klubun satışı variantını nəzərdə tutmadıqları, lakin təklifin maliyyə baxımından faydalı ola biləcəyi qeyd edilir.
Salman yeni mövsümün əvvəlinə kimi saziş imzalamağı nəzərdə tutur.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31