Türkiyədə fəlakət: 17 bina... - Foto
17 Fevral 2019 08:50 DünyaTürkiyənin Ordu şəhərinin Aybastı mahalında torpaq sürüşməsi baş verib.Axar.az xəbər verir ki, sürüşmə nəticəsində bəzi evlərdə çatlar yaranıb, yollarda yarğanlar əmələ gəlib. Təbii fəlakətdən dolayı ərazidəki 17 yaşayış binasının boşaldılmasına qərar verilib.Evləri yararsız vəziyyətə düşən ailələrin qısa müddət ərzində kirayə evlərə köçürüləcəyi və onlara maddi yardım göstəriləcəyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
