Papa Teodorun keşişlik statusunu əlindən aldı

Roma Papası Fransisk Vaşinqtonun keçmiş baş yepiskopu 88 yaşlı Teodor Makkarrikin keşiş statusunu əlindən alıb.

Məlumata görə, Papa Fransis Teodor Makkarrikin keşişlikdən azad edilməsini rahiblərin cinsi istismarının qarşısını alınması və digər məsələlərin danışılması üçün nəzərdə tutulan dünya yepiskopları yığıncağının başlamasından 5 gün əvvəl açıqlayıb. Onun bu statusunun əlindən alınmasına səbəb isə "günah çıxarma" seansları zamanı "günah çıxaran"lara cinsi əlaqədə olma təklifi etməsi və yetkinlik yaşına çatmayan şəxsləri cinsi istismar etməsi olub.

Qeyd edək ki, Vatikan mətbuatı yanvarın 10-da Teodor Makkarrikin "günah çıxarma" seanslarında azyaşlıları və yeniyetmələri cinsi istismar etməsi ilə bağlı məlumat yaymışdı.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31