“ABŞ-ın yardımı tələ, Quaydo isə onların oyuncağıdır” - Səfir

"ABŞ və əlaltılarının Venesuelaya göndərdiyi humanitar yardım tələdir. Xuan Quaydo isə ABŞ-ın oyuncağıdır".

Bunu Venesuelanın Rusiyadakı səfiri Rafael Faria Tortosa jurnalistlərin suallarını cavablandırarkən deyib.

"ABŞ və əlaltılarının göndərdiyi, heç kimin içərisində nə olduğunu bilmədiyi 120 ton humanitar yardımdan sonra sərhəddə gərginlik yaranıb. 120 ton ərzaq bizim əhali üçün heç nədir. Bu yardımın arxasında sadəcə hərbi müdaxilə məqsədi gizlənir. Quaydo isə ABŞ tərəfindən 10 il əvvəldən ələ alınıb. Onu təhsil almaq üçün Serbiyaya belə göndəriblər", - deyə səfir bildirib.

qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31