Avropa liderləri Putinlə birbaşa danışıqlara hazırlaşır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Financial Times" nəşrinin beynəlxalq icmalçısı Gideon Raxmanın bildirdiyinə görə, ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında gərginləşən münasibətlər və Vaşinqtonun Kiyevə dəstəyinin zəifləməsi fonunda Avropa ölkələrinin rəhbərləri Kremllə birbaşa danışıqlara başlamağı planlaşdırırlar. Məlumata görə, tezliklə Avropa liderləri ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının baş tutacağı gözlənilir. Potensial danışıqlar zamanı Putinə müharibəni dayandırmaq üçün iki variantın təklif oluna biləcəyi bildirilir: münaqişəni mövcud cəbhə xətti üzrə "dondurmaq" və Ukraynanın NATO-ya üzv olmayacağına zəmanət vermək, yaxud Ukraynanın Donbasın qalan hissəsini güzəştə getməsi müqabilində NATO-ya qəbul edilməsi.

Bununla yanaşı, ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio müharibənin "strateji çıxılmaz vəziyyətə" düşdüyünü qeyd edib. Avropa tərəfi isə xüsusilə Amerikanın maliyyə yardımının kəsilməsindən sonra Ukraynanı saxlayan ana qüvvə kimi artıq sülh prosesində birbaşa iştirak etməyi və Moskva ilə birbaşa əlaqə kanallarından istifadə etməyi zəruri hesab edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31