Azərbaycanlı fəallar saxlanıldı – Siyasi məhbusa dəstəyə görə
12 Fevral 2019 17:05 DünyaGüney azərbaycanlı milli-mədəni fəallar Şapur Nüsrətpur və Murtaza Sənayi saxlanılıb.
Fəallar İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən evlərində saxlanılaraq, Ərdəbil İnqilab Məhkəməsinə aparılıb.
Fəallar növbətçi hakimin qərarı ilə ETTELAAT-ın bölgə təcridxanasına köçürülüblər.
Hələlik fəalların saxlanmasının səbəbi və digər təfərrüatlar barədə dəqiq məlumat olmasa da, onların azərbaycanlı fəal Abbas Lisaninin qanunsuz həbsinə qarşı etirazlarla bağlı tutulduqları ehtimal olunur.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31