İki Avropa nəhəngi “Şimal axını 2” ilə bağlı razılaşdı

Almaniya və Fransa “Şimal axını 2” qaz kəməriylə bağlı kompromisə nail olub.

Almaniya və Fransa "Şimal axını 2" qaz kəməriylə bağlı kompromisə nail olub.

Bu məlumatı "Frans Press" agentliyi yayıb. Tərəflərin razılaşmasına əsasən, kompromis qaz nəqlinin yeni qaydaları ilə bağlı əldə olunub. Belə ki, sənədi AB-nin bütün üzvləri dəstəkləyəcəyi halda Fransanın da qaz daşınmasıyla bağlı yeni Avropa qaydalarının qəbuluna razılıq verə biləcəyi vurğulanıb.

Qeyd edək ki, bundan öncə AB-nin sədri olan Rumıniya "Qazprom"un "Şimal axını 2" və "Türk axını"nın reallaşmasına mane olacaq alyansın qaz direktivlərinin yeni variantını təşkilatın gündəminə gətirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31