Ukraynada komediya ustası prezidentliyə namizəd oldu
8 Fevral 2019 16:39 DünyaUkraynada yayımlanan bir televiziya serialında prezident obrazını canlandıran komediya ustası Volodimir Selenski 31 mart tarixində keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.
Selenskinin açıqlaması müəyyən dairələrdə qalmaqala səbəb olub.
Geniş tamaşaçı kütləsi olan və heç bir siyasi təcrübəsi olmayan Selenskinin seçkilərdən əvvəl aparılan sorğularda qalib gəlmə ehtimalının yüksək olduğu üzə çıxıb. Selenskinin Poroşenko, Yuliya Timoşenkodan da üstün nəticə əldə edəcəyi gözlənilir.
Ukrayna mətbuatının köşə yazarları da onun namizədliyini dəstəkləyirlər.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31