Rusiyalı deputat İstintaq Komitəsindən Puşkinin ölümünü araşdırmağı xahiş edib

Leninqrad vilayəti parlamentinin deputatı Vladimir Petrov Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkindən 1837-ci ildə duel zamanı həlak olmuş Aleksandr Puşkinin ölümünün təfərrüatlarını araşdırmağı xahiş edib.

Deputatın fikrincə, Puşkinin bir çox müasirləri faciədən xəbər tutduqda onun ölümünün təsadüfən baş vermədiyi fikrini səsləndiriblər. "Şairi yaxından tanıyan şəxslər hətta onun qəsdən öldürülə biləcəyi ehtimalını ortaya atıblar", - deyə deputat bildirib.

Qeyd edək ki, Aleksandr Sergeyeviç Puşkin 1837-ci il fevralın 10-da Sankt-Peterburq şəhərində Danteslə duel zamanı ölümcül güllə yarasından həyatını itirib. Şair Pskov quberniyasının Svyatoqorsk məzarlığında basdırılıb.

AZERTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31