Şoyqu Tonoyana təşəkkür etdi

Ermənistan Müdafiə naziri David Tonoyan Moskvada Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Görüşdə Şoyqu Tonoyana Suriyaya hərbi dəstəyinə görə İrəvana təşəkkür edib. O, Suriyaya yardımla bağlı Rusiyanın etdiyi ilk çağırışa Ermənistanın reaksiya verdiyini deyib.

Qeyd edək ki, Ermənistan Suriyaya ilk yardım qrupu göndərib. 83 nəfərdən ibarət qrupa humanitar yardım üzrə mütəxəssislər, tibbi personal və onların təhlükəsizliyini təmin edəcək şəxslər daxil edilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31