Braziliyada hər gün 4 qadın öldürülür

Qatillərin əksəriyyəti öldürülənlərin həyat yoldaşı və ailə üzvləridir.

İnter-Amerika İnsan Hüquqları Komissiyasının hesabatına görə, Braziliyada hər gün orta hesabla dörd qadın qətlə yetirilir. Bu hesabatın açıqlanmasından sonra Rio-de-Janeyronun mərkəzində zorakılığa etiraz edən qadınların etiraz aksiyası keçirilib.

"The Rio Times" saytı xəbər verir ki, aksiya iştirakçıları 2019-cu ilin əvvəlindən Braziliyada 126 qadının öldürülməsi və zərif cinsin 67 nümayəndəsinin qətlinə cəhd cinayətlərin qarşısının alınması üçün tədbirlər görülməsi, qadın zorakılığına son qoyulması məqsədilə cinayət məcəlləsinə dəyişikliklər edilməsi tələbləri ilə çıxış ediblər. Bildirilib ki, təkcə Rio-de-Janeyro ştatında hər il orta hesabla 300, San-Pauloda isə 400 qadın qətlə yetirilir. Qatillərin əksəriyyəti öldürülənlərin həyat yoldaşı və ailə üzvləridir.

Braziliya Senatından etiraz aksiyası keçirənlərə bildiriblər ki, qanunverici orqan bu məsələ ilə əlaqədar qanunlara yeni əlavə və dəyişikliklər hazırlayır.(AZƏRTAC)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31